9 C
Baku
Tuesday, December 24, 2024

Gələn il Azərbaycanda yoluxucu xəstəliklərlə mübarizəyə 100 milyon manat ayrılacaq

2023-cü ilin büdcəsində səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 100,0 milyon manatı və ya xərclərin 5,2 faizi ölkədə yoluxucu xəstəliklərə yoluxmaya qarşı mübarizə tədbirlərinə (vaksinlərin, testlərin (reagentlərin), dərman, tibbi ləvazimatların, avadanlıqların və digər malların alınması və xidmətlərin göstərilməsi xərclərinə yönəldiləcək.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2023-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda qeyd olunur.

Yoluxucu xəstəliklərin immunoprofilaktikası üçün 23 milyon manat vəsait ayrılması proqnozlaşdırılır ki, bu da 2022-ci illə müqayisədə 16,2 milyon manat və ya 3.4 dəfə çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər