Gələn il azad edilmiş ərazilərin bərpasına nə qədər vəsait xərclənəcək?

Gələn il işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi üçün ötən ildən 12.4% çox vəsait ayrılacaq.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə bildirilib ki, işğaldan azad edilmiş ərazilərin bərpası və böyük qayıdış planının təmin etdirilməsi 2023-cü ilin dövlət büdcəsinin layihəsində əsas istiqamətlərdəndir. Bu istiqamətdə dövlət büdcəsindən vəsait ayrılmasında ilbəil artım müşahidə olunur.

2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3.0 milyard manat vəsait nəzərdə tutulur. Bu da 2022-ci illə müqayisədə 12.4 faiz, 2021-ci illə müqayisədə isə 37.7 faiz çoxdur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər