Birləşmiş Ştatlar “Brent” markalı xam neftin qiyməti ilə bağlı proqnozunu artırıb.
ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) yaydığı məlumata görə, EIA cari ildə “Brent”in bir barrelinin orta qiymətinin 41,4 dollar olacağını nəzərdə tutur. Ötənaykı proqnoz isə 40,6 dollar/barrel idi.
EIA bildirib ki, ilin birinci rübündə “Brent”in orta qiyməti 50 dollar/barrel, ikinci rübdə 29 dollar/barrel, üçüncü rübdə 43,9 dollar/barrel olub.
Gələn il isə “Brent”in orta qiyməti 49 dollar/barrel təşkil edəcək.