Onkoloji xəstəliyə düçar olmuş şəxslərin sağlamlığının qorunması, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində Milli Onkologiya Mərkəzi üçün 47,0 milyon manat vəsait nəzərdə tutulub.
Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2023-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda qeyd olunub.
2023-cü il üçün proqnoza görə, onkoloji xəstəliklərlə bağlı 45,7 milyon manat ayrılacaq ki, bu da ötən 2022-ci illə müqayisədə 200 min manat və ya 0.4% çoxdur.