4 C
Baku
Tuesday, December 24, 2024

Gələn il büdcədə sosial xərclərin payı 41% olacaq

2025-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial xərclərin payı 41% təşkil edəcək.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ilə bağlı müzakirələrdə Komitənin sədri Azər Əmiraslanov bildirib.

“Növbəti illərdə də sosial istiqamət büdcədə prioritet olacaq”, – deyə o qeyd edib.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat (bu ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3% çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1% çox) olacağı gözlənilir. Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər