12 C
Baku
Monday, November 18, 2024

Gələn il büdcədən ictimai nəqliyyatla bağlı islahatlara 150 milyon manat ayrılacaq

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən hüquqi şəxslərə digər subsidiyalar üzrə 298,6 milyon manat artım nəzərdə tutulur.

Bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.

“Bu, əsasən ictimai nəqliyyatda islahatlarla bağlı 150 milyon manat subsidiya proqnozlaşdırılması, dövlət zəmanəti verilmiş kreditlərin faizinin subsidiyalaşdırılması xərclərinin 59,2 milyon manat (36,3 dəfə), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ayrılacaq subsidiyanın 41,6 milyon (9,4 % artımla) nəzərdə tutulması ilə bağlıdır”, – deyə Rəydə qeyd olunub.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər