2023-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 mlrd. 579 mln. manat məbləğində nəzərdə tutulur.
Dövlət büdcəsi kəsirinin yuxarı həddinin maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2023-cü ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) hesabına həyata keçiriləcək.