Dövlət sosial müdafiə fondunun (DSMF) 2026-cı il üzrə xərcləri 8 483 070 000,0 manat məbləğində olacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
– Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsinin gəlirləri 8 323 100 000,0 manat;
– Dövlət sosial müdafiə fondunun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 159 970 000,0 manat.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.








