Gələn il dünyada 218 QVt gücündə olan bərpa olunan enerji mənbələri (RES) əsasında işləyən əlavə qurğular istismara veriləcək ki, bu da 2020-ci illə müqayisədə 10% çoxdur.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatına istinadən xəbər verir.
Daha əvvəl agentlik 2020-ci ildə 200 QVt gücündə elektrik enerjisinin generasiyası üzrə qurğuların istifadəyə veriləcəyini proqnozlaşdırmışdır.
Hesabata görə, 2021-ci ildə generasiya güclərinin belə rekord artımı cari ildə təxirə salınmış layihələrin icrası və bərpa olunan enerjinin inkişafına maliyyə dəstəyi ilə əlaqədardır. Sözügedən artımın 54%-i günəş enerjisi, 31%-i isə külək enerjisinin payına düşəcək. Ən böyük generasiya güclərinin artımı Çində baş verəcək, “yaşıl” energetikanın artımında ABŞ, Avropa, Yaponiya və Hindistanda da rol oynayacaq.