Gələn ilin may ayında Heydər Əliyev Mükafatının təqdimat mərasimi keçiriləcək.
Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Təqdimat mərasiminin keçirilməsi üçün Azərbaycan Heydər Əliyev Mükafatı Komissiyası və Prezident Administrasiyası icraçı qurum kimi müəyyən edilib.