10 C
Baku
Monday, November 18, 2024

Gələn il minimum əməkhaqqı 400 manat, orta aylıq əməkhaqqı isə 1 080 manata çatdırılacaq

Gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur. 2024-cü ildə minimum əməkhaqqı 345 manat olub.

Həmçinin orta aylıq əməkhaqqı da 9,1 faiz artırılaraq 1080,1 manata çatdırılacaq.

2025-2028-ci illərdə isə hər il 7,1 faiz artaraq 1326,4 manata çatacaq.

Qeyd edilib ki, 2025-ci ildə artımın bir qədər sürətlənməsi minimum əməkhaqqı məbləğinin 55 manat, yaxud 15,9 faiz artırılması ilə əlaqədardır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər