12 C
Baku
Wednesday, December 10, 2025

Gələn il “MyLift” elektron platforması istifadəyə veriləcək

“MyLift” elektron platforması 2026-cı ildə istifadəyə veriləcək.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə “Sənaye Təhlükəsizliyi Zirvəsi 2025” tədbirində bildirib.

Onun sözlərinə görə, hazırda təhlükəli əməliyyatlarda süni intellekt dəstəkli qərarvermə sistemlərinin, proqnozlaşdırıcı analitikanın, rəqəmsal əkizlərin, sensor əsaslı “real-time” monitorinqin və insan-maşın əməkdaşlığının modellərinin yaratdığı transformasiya müzakirəsi mühüm əhəmiyyət kəsb edir: “Biz bir ildir üzərində çalışdığımız “MyLift” rəqəmsal platformasını 2026-cı ilin yanvar ayından etibarən istifadəyə verəcəyik”.

O qeyd edib ki, bu tətbiq vasitəsilə hər bir vətəndaş istifadə etdiyi liftin təhlükəsizliyi barədə məlumatı anında görə biləcək, liftlərin hansı texniki səviyyədə olduğuna dair göstəricilərlə tanış ola biləcək: “Real vaxt rejimində aparılan yoxlamalar da sistemdə əks olunacaq. Bu yeniliklə lift xidmətləri ilə bağlı şikayətlərin əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Platforma 2026-cı ildə vətəndaşların istifadəsinə təqdim olunacaq”.

Son xəbərlər
Digər xəbərlər