11 C
Baku
Sunday, November 17, 2024

Gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi məlum olub

Növbəti ildə əhaliyə ödənişlər 6 077.58 milyon manat həcmində və ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ümumi xərclərinin 97.02 %-i səviyyəsində proqnozlaşdırılıb.

Bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində əksini tapıb.

Sənədə əsasən, növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 5 907, 18 milyon manatı əmək pensiyalarının və 170.4 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərdən ibarətdir.

Əhaliyə ödənişlərin 2023-cü il üçün nəzərdə tutulmuş proqnozu 2022-ci ilin təsdiqlənmiş proqnozuna nisbətən 646.38 milyon manat və 11.90 % çoxdur. Müqayisə üçün qeyd edilməlidir ki, 2023-cü il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97.2 %-ni təşkil edir. 2023-cü ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi 2022-ci ilin təsdiqlənmiş proqnoz göstəricisinə nisbətən 12.36 % və ya 650.18 milyon manat çox nəzərdə tutulub.

2023-cü il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının İqtisadiyyat Nazirliyi tərəfindən rəsmi təqdim olunmuş gözlənilən artım tempinə (14.5 %) uyğun indeksləşdirilməsi nəzərə alınır.

Hesablama Palatası cari illə müqayisədə növbəti ildə pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcinin əsaslı artımla proqnozlaşdırılmasının növbəti ildə həm indeksləşdirmənin pensiyaların daha geniş hissəsini əhatə etməsi, indekləşdirmə zamanı yüksək faiz dərəcəsinin tətbiq edilməsi, eləcə də xidmət haqqı üzrə faiz dərəcəsinin artımı ilə əlaqədar olması qənaətindədir.

Rəydə qeyd edilib ki, növbəti ildə pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərcinin 25.5 mln. manat olacağı proqnozlaşdırılır ki, bu da cari ilin dürüstləşdirilmiş proqnoz göstəricisindən 5.5 mln. manat və ya 27.5% çoxdur.

Qeyd edilməlidir ki, pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərci pul dövriyyəsinə əsasən formalaşır. Cari illə müqayisədə növbəti ildə istiqamət üzrə xərclərin artımla proqnozlaşdırılması həm pensiyaların sığorta hissəsinin, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun Layihəsinə əsasən növbəti ildən başlayaraq qulluq stajına görə əlavələrin indeksləşdirilməsi nəticəsində pensiya məbləğlərində baş verəcək artımlar ilə əlaqədardır. Digər tərəfdən pensiya məbləğlərinin indeksləşdirilməsinin nominal orta aylıq əmək haqqına münasibətdə aparılması və cari il üzrə orta aylıq əmək haqqının artım tempinin 14.5% proqnozlaşdırılması növbəti ildə nəzərdə tutulan xərcin cari ilin müvafiq göstəricisindən əsaslı şəkildə çox olmasını şərtləndirir

Hazırda əmək pensiyalarının əhaliyə çatdırılması “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC, müəyyən hallarda isə “Azərpoçt” MMC tərəfindən (Naxçıvan MR-də digər bankaların xidmətindən də istifadə edilir) həyata keçirilir. Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin aidiyyəti üzrə çatdırılması isə sığortaedən tərəfindən təqdim edilmiş bank rekvizitləri əsasında müxtəlif ödəniş müəssisələri tərəfindən aparılır.

Ümumilikdə cəmi xərclərin cari il üzrə proqnoz göstəricisindən 11.7%, əhaliyə ödəniş xərclərinin isə 11.9% artımla proqnozlaşdırılması fonunda pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərci 27.5% çox nəzərdə tutulmuşdur. İndeksləşmə ilə bağlı nəzərdə tutulmuş addımlar pul dövriyyəsinin artımına şərait yaratmış, İzahatda bununla bağlı hər hansı bir məlumat əks etdirilməsə də, vurğulanmalıdır ki, ki, göstərilən amil və cari ildən bank xidmət haqqının artırılması qeyd olunan xərcin də nəzərəçarpacaq artımına gətirib çıxarıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər