8 C
Baku
Monday, November 18, 2024

Gələn il pensiyaların sığorta hissəsi 15% artacaq

“Pensiyaların sığorta hissəsinin artımı öncəki ildəki orta aylıq əməkhaqqının artımına bağlıdır. Azərbaycanda bu il orta aylıq əməkhaqqı 14.5 % artıb. İlin sonuna bu yəqin ki, 15 %-ə çatar. Bu hesabla gələn il bütün pensiyaların sığorta hissəsi də 15% artacaq”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, bütün ölkə üzrə bu artım hər bir pensiyaçıya şamil olunacaq: “Eyni zamanda Milli Məclisdə biz komitə olaraq təklif də verdik ki, yaşayış minimumu və ehtiyac meyarının məbləğinin xeyli artırılmasına görə pensiyanın da minimum həddi artırılsın. Çünki yaşayış minimumu və ehtiyac meyarının məbləğində olan artım bunu tələb edir. Hökumətdən də xahiş etdik ki, bu məsələyə baxsın. Ola bilsin ki, pensiyaların minimum məbləğinin də artırılması ilə bağlı qərar olsun. Bu təklifimizə yəqin ki, müsbət cavab olar. Bizim bu təklifimizə hökumətin münasibəti müsbətdir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər