10 C
Baku
Thursday, December 12, 2024

Gələn il Qubada peşə hazırlığı mərkəzi fəaliyyətə başlayacaq

Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Quba rayonunda peşə hazırlığı mərkəzi fəaliyyətə başlayacaq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

“Hazırda 4 peşə hazırlığı mərkəzimiz var. Onlar insan potensialının inkişafı üçün ən önəmli addımlardan biridir, 170 ixtisas üzrə təlimlər keçirir. Gələn il 16 min nəfəri peşə hazırlığı mərkəzlərində təlimlərə cəlb etməyi planlaşdırırıq”, – deyə o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər