Gələn il səhiyyə xərcləri 1 871 294 029,0 manat olacaq.
Banker.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Bu, 2023-cü illə müqayisədə 66 336 578 manat, yaxud 3,6 faiz çoxdur. 2023-cü ildə səhiyyə xərcləri 1 804 957 451,0 manat olacaq.