12 C
Baku
Saturday, November 23, 2024

Gələn il “Şahdəniz” yatağında qaz hasilatı 26 mlrd. kubmetri ötəcək

Gələn il “Şahdəniz” qaz-kondensat yatağından 26.1 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 3.16% çoxdur.

Bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə göstərilir.

Sənədə əsasən, bu il “Şahdəniz”də 25.3 mlrd. kubmetr qaz hasil olunacaq. Ötən il bu göstərici 24 mlrd. kubmetr təşkil edib.

Rəydə o da qeyd olunub ki, 2024-cü ildə yataqda 33.8 mln. barel qaz kondensatı hasil olunacaq ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 0.6% azalma deməkdir.

Bildirilib ki, 2023-cü ildə “Şahdəniz” yatağında 34 mln. barel kondensatın hasil olunacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstərici 33.8 mln. barel səviyyəsində idi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər