25 C
Baku
Monday, April 29, 2024

Gələn il SOCAR-ın Türkiyədəki NEZ-i fəaliyyətini müvəqqəti dayandıracaq

Gələn il SOCAR-ın Türkiyədəki STAR Neft Emalı Zavodunun fəaliyyətinin planlaşdırılmış dayandırılması bir neçə məqsəd daşıyır.

Bu barədə “SOCAR-Türkiyə”nin Emal və Neft-Kimya bölməsinin rəhbəri, “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov İzmirdə təşkil olunan mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, neft emalı zavodu istifadəyə veriləndən sonra birinci dəfə dayandırılacaq və ilk növbədə planlaşdırılmış profilaktik işlər aparılacaq.

Anar Məmmədov qeyd edib ki, digər məqsəd – zavodda planlı təmir işlərinin aparılması qrafikində tezliliyin uzadılmasını təmin etməkdir.

Belə ki, onun sözlərinə görə, zavodda aparılacaq əlavə tədbirlər nəticəsində zavodun dayandırılma tezliyi dörd ildən beş ilədək uzadılacaq.

Anar Məmmədov onu da əlavə edib ki, müəssisənin təqribən iki aylıq planlı profilaktik işlərinin aparılması üçün dayandırılması şirkət üçün itkilər deməkdir və zavodun planlı təmirlərə dayandırılması, tezliliyin uzadılması maliyyə baxımından müsbət təsir təsir göstərəcək. Belə ki, bu, 40 mln. dollar civarında qənaət deməkdir (bir planlı dayanma üçün – red.).

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər