9 C
Baku
Sunday, November 17, 2024

Gələn il Türkiyədə “Şuşa İli” elan oluna bilər

Gələn il qardaş Türkiyədə “Şuşa İli”nin elan edilməsi planlaşdırılır.

Bu barədə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, deputat Şamil Ayrım məlumat verib.

Onun sözlərinə görə, Türkiyədə “Şuşa İli”nin elan edilməsi barədə müzakirələr aparılıb.

“Bununla bağlı hələ bir neçə ay əvvəldən danışıqlar aparılırdı. Hələlik rəsmi qərar verilməyib, amma 2023-cü ilin Türkiyədə “Şuşa İli” olacağı gözlənilir”,- deyə AKP-li deputat vurğulayıb.

Qeyd edək ki, Şuşa şəhəri 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edilib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər