-1 C
Baku
Sunday, December 15, 2024

Gələn il üçün milli təhlükəsizlik xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik bölməsi üzrə xərclər artırılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 11 milyon 117 min 500 manat artırılaraq, 5 milyard 331 milyon 211 min 93 manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 5 milyard 320 milyon 93 min 593 manat təşkil edirdi.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, artırılan vəsait bu bölmə üzrə milli təhlükəsizlik xərclərinə yönəldiləcək. Beləliklə, dövlət büdcəsindən milli təhlükəsizlik xərclərinə ayrılan vəsait 375 milyon 354 min 411 manat olacaq. Əvvəl bu, 364 milyon 236 min 911 manat təşkil edirdi.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər