8 C
Baku
Sunday, November 17, 2024

Gələn il üçün yaşayış minimumu müəyyənləşdiriləcək

Gələn il üçün yaşayış minimumunun ilkin proqnozu müəyyənləşdiriləcək.

Banker.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün imzaladığı “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi 2023-cü il üçün dəqiqləşdirilmiş, 2024-cü il və sonrakı üç il üçün ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin, ümumi və əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun 2024-cü il üçün ilkin proqnozlarını 2023-cü il martın 1-dək, dəqiqləşdirilmiş variantını 2023-cü il avqustun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidir.

Son xəbərlər
Digər xəbərlər