8 C
Baku
Thursday, December 12, 2024

Gələn il Ukraynaya lazım olacaq məbləğ açıqlanıb

2023-cü ildə Ukraynaya 55 milyard dollardan çox vəsait lazımdır, bunun 17 milyardının yenidənqurma layihələrinə xərclənməsi planlaşdırılır.

Bunu Ukraynanın Baş naziri Denis Şmıqal Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun konfransında onlayn çıxışı zamanı bildirib.

“Ukraynanın ciddi maliyyə dəstəyinə ehtiyacı olacaq. Söhbət 2023-cü ildə 55 milyard dollardan çox puldan gedir”, – deyə o bildirib.

Baş nazirin sözlərinə görə, bu məbləğə büdcə kəsirinin ödənilməsi üçün ayda 3.5 milyard dollar və “təcili” yenidənqurma layihələri üçün 17 milyard dollar daxildir.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər