6 C
Baku
Sunday, December 15, 2024

Gələn il yol vergisindən büdcəyə 136 mln. manata yaxın vəsait daxil olacaq

Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 135.9 milyon manatı yol vergisinin payına düşəcək.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2023-ci il üçün dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı”nda deyilir.

Xəbər verdiyimiz kimi, nazirliyin təqdimatına əsasən, 2023-cü ildə dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 330 milyon manat məbləğində proqnozlaşdırılır. Həmin vəsaitin 135.9 milyon manatı yol vergisinin payına düşəcək.

Proqnoza əsasən, Azərbaycan Respublikasının ərazisinə idxal olunan yanacağa görə və xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri sahibləri tərəfindən ödənilən yol vergisindən daxilolmalar 50 milyon manat təşkil edəcək ki, bu da 2022-ci ilin dürüstləşdirilmiş proqnozu ilə eyni səviyyədə, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə 6.4 milyon manat və ya 14.6% çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər