14 C
Baku
Saturday, November 23, 2024

Gələn ildən Azərbaycanda istehsal olunan bağ mebellərinin ərəb ölkələrinə ixracı nəzərdə tutulur

Gələn ildən etibarən Azərbaycanda istehsal olunan bağ mebellərinin ərəb ölkələrinə ixrac edilməsi nəzərdə tutulur.

Banker.az “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına istinadən xəbər verir ki, bunu bağ mebellərinin istehsalı sahəsində böyük bazar payına sahib şirkətlərdən biri olan “NS Rattan” şirkətinin təsisçi-direktoru Nüsrət Abdullayev deyib.

Onun sözlərinə görə, ərəb ölkələrində bağ mebellərinə böyük tələbat var:
“Bizim məhsullarımız mövsümi sayılır. Bu baxımdan ərəb ölkələri bizim üçün çox sərfəli ixrac ölkələri ola bilər. Apardığımız araşdırmalara görə, ərəb bazarında Çin məhsulları satılır. Bizim məhsullarla Çin məhsulları arasında böyük fərq var, çünki bizim məhsullar çox yüksək keyfiyyətlidir. Ərəb ölkələrinin bazarına daxil olsaq, il ərzində təxminən 2 milyon manatlıq məhsul ixrac etmək imkanımız olacaq”.

N.Abdullayev əlavə edib ki, şirkətin məhsulları tam olaraq əl əməyi ilə hazırlanır. 2023-cü ildə məhsulların ən azı 50 faizi xarici ölkələrə ixrac edilib. Ötən il əsas ixrac ölkəsi olan Rusiyaya təxminən 1 milyon manat dəyərində bağ mebeli göndərilib. Keçən il Yunanıstana da mebel ixrac edilib. Bu il isə Gürcüstana məhsul ixracına başlanılıb.

Son xəbərlər
Digər xəbərlər