Gələn ildən ilkin peşə təhsili üzrə də təhsil tələbə krediti veriləcək.
Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov qurumun 4 illik hesabat tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bununla bağlı qanunvericilik layihəsi artıq hazırdır və təsdiq üçün aidiyyəti üzrə təqdim edilib.







