10 C
Baku
Friday, December 13, 2024

Gələn ildən pensiyalar nə qədər artacaq? – AÇIQLAMA

2023-cü ilin ilk ayında bütün növ əmək pensiya məbləğlərində artımlar olacaq. 

Banker.az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, Milli Məclisinin Əmək və Sosial Siyasət komitəsində “Əmək pensiyaları haqqında” Qanuna təklif edilən düzəlişlər müzakirə olunub. Yeni təkliflər iki mühim istiqaməti əhatə edir:

– maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi

– qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin 1 yanvarından indeksasiya olunması.

V.Bayramov qeyd edib ki, indeksasiya hər il yanvar ayında aparılır. Bu o deməkdir ki, yeni dəyişikliklər qəbul olunandan sonra 2023-cü ilin ilk ayında bütün növ əmək pensiya məbləğlərində artımlar olacaq. Bu il minimum əməkhaqqı məbləğində artım olduğu üçün orta aylıq əməkhaqqında əvvəlki illərə nisbətən daha yüksək faizli artım qeydə alınacaq. Bu ilin ilk 7 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq.

Millət vəkilinin sözlərinə görə, əgər 2022-ci ildə orta aylıq əməkhaqqı 15 faiz artarsa o zaman 500 manat pensiya alan vətəndaşımızın pensiyasında 75 manat artım olacaq.

Digər tərəfdən, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10%-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur. Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək.

 

 

Son xəbərlər
Digər xəbərlər