9 C
Baku
Monday, November 18, 2024

Gələn ildən Zəngilanda “ağıllı” şəhərin tikintisinə başlamaq planlaşdırılır

2023-cü il martın sonunadək Ağalı kəndində daha 100 ailənin köçürülməsi planlaşdırılır.

Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev noyabrın 21-də “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, Zəngilan rayonunun digər kəndlərinin də layihələndirilməsi davam etdirilir.

“Bəzi kəndlərin layihə konsepsiyası hazırdır, digər layihələr üzərində iş davam edir. Gələn ilin ortalarından bu kəndlərin tikintisinə başlamağı planlaşdırırıq. Gələn ildən, həmçinin Zəngilanda “ağıllı” şəhərin tikintisinə başlamaq nəzərdə tutulur”, – deyə o bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər