23 C
Baku
Saturday, April 20, 2024

Gələn ilin dövlət büdcəsində güzəştli mənzillər üçün xərclər artırılır

Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 12 mln. manat və ya 8% artılır.

2019-cu il dövlət büdcəsi zərfinə istinadən, gələn ilin dövlət büdcəsində Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üçün 162 mln. manat xərc proqnozlaşdırılır.

Qeyd edək ki, 2018-ci ilin büdcəsində bu istiqamətdə ayrılan xərclər 2017-ci illə müqayisədə dəyişməz qalaraq 150 mln. manat proqnozlaşdırılıb.

Qeyd edək ki, 2017-ci ilin dəyişdirilmiş-dəqiqləşdirilmiş büdcəsində isə əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi xərcləri həmin ilin ilkin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 50% artırılaraq 150 mln. manata çatdırılmışdı.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər