9 C
Baku
Wednesday, December 25, 2024

Gələn ilin dövlət büdcəsində sosialyönümlü xərclər 13.5% artırılır

“Bizim dövlət büdcəmiz ənənəvi olaraq sosial yönümlü büdcədir”.

Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Naxçıvanın ÜDM-i 1% artıb
Banklar bugünkü valyuta hərracında 87 mln. dollar cəlb edib
“Airbus” III rübü 404 mln. avroluq xalis mənfəətlə başa vurub
Nazir bildirib ki, dövlət büdcəsinin sosialyönümlü xərcləri 46,4%-ə çatdırılır: “Cari illə müqayisədə həmin xərclər 13,5% artırılır. Həmin xərclərin 60%-lik hissəsi əməyin ödənişi xərcləri ilə bağlıdır”.

Nazir qeyd edib ki, sosial müdafiə, sosial təminat xərcləri üçün 3 milyard 566 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur: “Növbəti ildə ünvanlı dövlət sosial yardım üçün 260 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Eyni zamanda ehtiyac meyarının həddinin 170 manatdan 200 manata artırılması nəzərdə tutulur”.

Son xəbərlər
Digər xəbərlər