9 C
Baku
Thursday, December 12, 2024

Gələn ilin dövlət büdcəsinin layihəsi Nazirlər Kabinetinə təqdim olunub

Maliyyə Nazirliyi 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsini, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəricilərini və büdcə zərfinə aid digər sənədləri Nazirlər Kabinetinə təqdim edib.

Məlumata görə, bu addım “Büdcə sistemi haqqında” qanuna və “2023-cü il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və ortamüddətli proqnoz göstəricilərinin hazırlanması barədə” Nazirlər Kabinetinin 28 yanvar 2022-ci il tarixli sərəncamına uyğun olaraq atılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər