6 C
Baku
Sunday, December 15, 2024

Gələn il orbitə çıxarılacağı nəzərdə tutulan “Azərsky 2” ilə bağlı detallar açıqlanıb

“Israel Aerospace Industry” şirkətinin gələn il orbitə çıxaracağı “Azersky-2” – yerin məsafədən müşahidə peyki 200 kiloqram ağırlığa malikdir, 7 il fəaliyyətdə olacaq.

Peyk fəaliyyət göstərmək üçün minimum 5 km hündürlükdə olmalıdır.

Onunla 600 km hündürlükdən uzunluğu 9 km-ə, eni isə 6 km-ə qədər fotolar çəkmək mümkündür.

Bunun üçün istehsal adı “OPTSAT 500” olan mikro peykin aşağısına 50 sm diafraqmalı 2 kamera quraşdırılıb. Peykin məlumat yaddaşı 6 TB müəyyən edilib. Qurğu saniyədə 1 GB ölçüdə material ötürə biləcək.

İsrail şirkətinin peyklə bağlı şərhində deyilir ki, “OPTSAT 500” 40 illik kosmik mükəmməlliyə əsaslanır: “Bu, yüksək keyfiyyətli təsvirlər, geniş əhatə dairəsi və sərfəli paketdə optimal performans təmin edən mikro peykdir. “OPTSAT 500”ün avionikası və faydalı yükləri şirkətin geniş kosmik irsinə, sübut edilmiş kosmik məhsullarına əsaslanır və bu, onu bu günə qədər ən yaxşı kosmik təsvir platformalarından birinə çevirir”.

Bununla belə, “Israel Aerospace Industry”dən bildirilib ki, “Azersky-2” ilə bağlı hələ ki, heç nə deyə bilməzlər, qarşıdakı günlərdə rəsmi açıqlama olacaq.

Xatırladaq ki, Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində ötən gün Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) “Israel Aerospace Industry” arasında Azərbaycanın ikinci yerüstü müşahidə peykinin orbitə buraxılması ilə bağlı müqavilə imzalanıb.

“Azersky 2” Azərbaycanın sayca 4-cü peyki olacaq. Qalan 3 peykdən 2-si “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya peykləri, “Azerky-1” isə yerin məsafədən müşahidə peykidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər