1 C
Baku
Saturday, December 14, 2024

Gəlir və xərclərinin uçotunu kassa metodu aparan müəssələr – İzah

Müəssisəmiz gəlir və xərclərinin uçotunu kassa metodu ilə apardığı halda gəlirin əldə edilməsi və xərcin çəkilməsi vaxtı nə vaxt hesab olunur?

Banker.az bildirir ki, bu barədə sualı Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva cavablandıırb.

Vergi Məcəlləsinin (VM) 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt gəlirin əldə edildiyi vaxt sayılır (VM, maddə 132.1). Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə xərcin çəkilməsi vaxtı, əgər bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, xərcin faktiki çəkildiyi vaxt sayılır. Vergi ödəyicisi pul vəsaitini ödəyirsə, nağd pul vəsaitinin ödənildiyi, nağdsız ödəmədə isə vergi ödəyicisinin pul vəsaitinin köçürülməsi haqqındakı tapşırığının bank tərəfindən alındığı vaxt xərcin çəkildiyi vaxt sayılır (VM, maddə 133). Qeyd olunan müddəalara əsasən: Gəlir və xərclərinin uçotunu kassa metodu ilə aparan müəssisə tərəfindən hesabat ili ərzində əldə etdiyi gəlirdən həmin hesabat ilində çəkilən və gəlirin əldə edilməsi ilə bağlı olan xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Son xəbərlər
Digər xəbərlər