18 C
Baku
Saturday, May 4, 2024

Gəlir vergisi olmayan ölkələr

Benjamin Franklinin məşhur aforizmində belə deyilir: “Bu dünyada iki şeydən qaçmaq olmaz: ölüm və vergi”.

Gəlir vergisi bütün dünya ölkələrinin büdcəsinin əsas gəlir mənbəyidir. Lakin, gəlir vergisi hər yerdə mövcud deyil.

Diqqətinizə vətəndaşlardan gəlir vergisi tutmayan ölkələri təqdim edirik. 

flag24 52.gif1. BƏƏ

Adambaşına düşən ÜDM-un ən yüksək göstəricilərindən biri olan bu ölkədə nə gəlir vergisi, nə də kapitalın artımına görə vergi tətbiq olunmur.
BƏƏ – dünyanın ən iri neft ixracatçısıdır, buna görə də həcmi 55%-ə çatan neft korporasiyalarının vergi daxilolmaları ona bəs edir. Bununla yanaşı, neft gəlirləri dövlət büdcəsinin 80%-i təşkil edir. BƏƏ-in əhalisi sosial sığorta üçün gəlirlərinin yalnız 5%-i ödəyir. Işə götürənlər isə sosial sığorta və təqaüdə görə 12,5% ödəyirlər.

flag23 52.gif2. Qətər

Qətərin çox böyük qaz ehtiyatı var. Bu ölkə 88 min dollarla adambaşına düşən ÜDM-a görə dünyanın ən varlı ölkəsi sayılır.Ölkədə divident, royalti, kapital artımı və xalis mülkiyyətə görə gəlir vergisi mövcud deyil. Doğrusu, Qətərin vətəndaşları sosial ehtiyaclara görə 5%, işə götürənlər isə 10%-lik vergi ödəməyə məcburdur. Idxal məhsullarından isə 5%-lik vergi tutulur.

flag22 52.gif3. Oman

Bu ölkənin əsas gəliri neft satışlarından əldə olunur. Omanlıların aylıq neft gəlirləri 8 mlrd dollara bərabərdir. Buna görə də bu ölkədə gəlir və kapital artımına tətbiq olunan vergiyə ehtiyac qalmır. Vətəndaşların sosial sığorta xərcləri əməkhaqqının 6,5%-i təşkil edir. Bundan əlavə, satışdan 3%-lik vergi tutulur.

flag27 52.gif4. Küveyt 

Neftin daha bir ixracatçısıdır. Ölkə büdcəsinin 95%-i neft gəlirlərindən ibarətdir. Küveytin sakinləri əməkhaqqının 7,5% -i sosial müdafiə fonduna ödəyirlər. İşə götürənlər isə 11%-i ayırırlar.

flag26 52.gif5. Kayman adaları

Kayman adaları off-şor zona kimi çox məşhurdur. Sosial müdafiə sistemi mövcud olmadığından buna görə də vergi tutulmur.Lakin hər halda, idxala tətbiq olunan vergilər kimi dolayı vergi və yığımlar mövcuddur. Dövlət idxal edilən mallardan 25% vergi tutur.

flag25 52.gif6. Bəhreyn 

Bəhreyn büdcə gəlirlərinin 70%-i təmin edən Abu-Safa neft sahələrindən gəlir əldə edir. Vətəndaşlar sosial fonda 7% vergi ödəyirlər.Biznesmenlər isə xəzinəyə 12% vergi ödəyirlər. Bundan əlavə daşınmaz əmlakla bağlı əməliyyatların ödənişinə görə 3%-lik dərəcə müəyyən olunmuşdur.

flag29 52.gif7. Bermuda adaları

Bermuda adaları dünyanın ən varlı ölkələrindən biridir, ölkədə daha yüksək həyat səviyyəsi qeydə alınıb. İşçilər eyni zamanda həftə ərzində sosial təminata $30 ödəyirlər.Bundan əlavə, Bermuda adalarında torpaq kirayəsinin illik dəyərindən asılı olaraq əmlaka 19%-ə qədər vergi tətbiq oluna bilər ki, bu da dövlət tərəfindən müəyyən olunur.Eləcə də əmlakın dəyərindən asılı olaraq 5-20%-lik rüsum tutulur. Bermuda beynəlxalq şirkətləri əməkdaşlıq üçün cəlb edir: əhalinin 20%-i təşkil edən xaricilər 10 illik fəaliyyətə görə 20 min dollar ödəməlidirlər.

flag28 52.gif8. Baham adaları

Baham adaları turizm və off-şor pul axınlarında hədsiz dərəcədə asılıdır.Burada işçilər ildə 26 min dollar təşkil edən əməkhaqqının 3,9%-nə qədərini milli sığorta sisteminin ödənilməsi üçün verirlər. İşəgötürənlər də həmçinin əməkdaşlarının əməkhaqqısının 5,9%-nə qədərini sığorta üçün ödəməlidir.Sahibkarlardan 8,8% vergi tutulur.Ölkədə həmçinin 1%-lik əmlak vergisi də mövcuddur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər