“Mərmər İnşaat” ASC 2026-cı ilin ilk yarısını (30 iyun tarixinə olan vəziyyətə görə) 20 715 manat il üzrə xalis mənfəətlə başa vurub. Şirkət ötən ilin müvafiq dövrünü 608 090 manat xalis zərərlə bağlamışdır.
Banker.az bu barədə şirkətin yarımillik hesabatına istinadən xəbər verir.
Şirkətin ümumi gəlirləri 29% azalaraq ötən ilin eyni dövründəki 17 milyon 55 min manatdan 12 milyon 160 min manata enib. Satışın maya dəyəri 12 milyon 791 min manatdan 10 milyon 567 min manata düşüb.
Hesabat dövründə ASC-nin cəmi aktivləri 19.4% azalaraq 2025-ci ilin sonundakı 57 milyon 505 min manatdan 2026-cı il iyunun 30-na 46 milyon 338 min manata düşüb.
“Mərmər İnşaat” ASC 9 oktyabr 2017-ci ildə dövlət qeydiyyatına alınıb və 2019-cu ildən fəaliyyət göstərir. Şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 1, mənzil 30 ünvanıdır. Şirkətin direktoru Bayramov Azər Aslan oğludur.







