1 C
Baku
Saturday, December 14, 2024

Gəmilər ilə yük daşıyan Azərbaycan şirkətinin xalis mənfəəti ikiqat artıb

Gəmilər ilə yüklərin daşınması xidmətləri göstərən “Səmayə Co Ltd” Məhdud Məsuliyyətli Cəmiyyət keçən il də xalis mənfəət əldə edib və mənfəəti illik müqayisədə 2 dəfə artıb.

Banker.az şirkətin illik audit hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə logistika şirkəti 526 min manat xalis mənfəət əldə edib. Halbuki, 2022-ci ildə onun 252 min manat xalis mənfəəti vardı.

“Səmayə Co Ltd” MMC hesabat müddəti ərzində 10 milyon 925 min manat gəlir əldə edib. Bu da illik müqayisədə gəlirlərin 24 faiz artımı deməkdir.

Şirkətin satışlarının maya dəyəri isə 4 milyon 199 min manat olub ki, bu da onun ümumi mənfəətinin 6 milyon 752 min manat olmasına səbəb olub.

Bu xalis mənfəətdən sonra şirkətin bölüşdürülməmiş mənfəəti 1 milyon 409 min manat təşkil edib.

“Səmayə CO LTD” MMC 2003-cü ildə Bakı şəhərində təsis edilib. “Səmayə CO LTD” yük gəmiləri, neft məhsulları daşıyan tankerlər, kiçik həcmli gəmiləri alaraq 2012-ci ildən gəmiçilik şirkəti kimi formalaşmışdır. O, hal-hazırda Respublikada gəmiçilik şirkəti kimi fəaliyyət göstərir.

34535 32321

Son xəbərlər
Digər xəbərlər