12 C
Baku
Monday, November 18, 2024

“Gəmiqaya Holdinq”in 12 şirkəti nizamnamə kapitalının azaldığını elan etdi

“Gəmiqaya Holdinq”in 12 şirkəti nizamnamə kapitalını azaldır.

Banker.az xəbər verir ki, kreditorlar Naxçıvan şəhəri, N.Tusi küçəsi 5 ünvanına bildirə bilərlər.

Gəmiqaya Satış Mərkəzi MMC, Gəmiqaya Kərpic Kompleksi MMC, Gəmiqaya Ət Məhsulları MMC, Gəmiqaya Şərab İstehsalı MMC, Gəmiqaya Beton Məmulatları Kompleksi MMC, Gəmiqaya Tikinti Materialları İstehsalat Kompleksi MMC nizamnamə kapitalının 60 manata azaldığını elan edir.

Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi MMC, Gəmiqaya Holdinq Şirkətlər İttifaqının Bərəkət Bazarlama MMC, Gəmiqaya Plastmas Kapsul və Qapaq MMC nizamnamə kapitalını 120 manata, Gəmiqaya Sənaye Kompleksi MMC, Gəmiqaya Mebel Fabrikası MMC 100 manata, Gəmiqaya Qida Məhsulları MMC nizamnamə kapitalını 53.494.8 manata azaldır.

Xatırladaq ki, mərkəzi Naxçıvan şəhərində yerləşən Holdinq, 2008-ci ilin dekabr ayında təsis edilmişdir. Hazırda 14 şirkəti özündə birləşdirən “Gəmiqaya Holdinq” Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər