12 C
Baku
Monday, November 18, 2024

“Gəmiqaya Holdinq”in daha iki şirkəti kapitalını geri çəkir

“Gəmiqaya Holdinq”in 2 şirkəti nizamnamə kapitalını azaldır.

Banker.az xəbər verir ki, bu şirkətlər Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Gəmiqaya Şirkəti” MMC və Gəmiqaya Yol Su-Enerji MMC-dir.

Onu da qeyd edək ki, bundan əvvəl “Gəmiqaya Holdinq”in 13 şirkəti nizamnamə kapitalının azaldığını elan etmişdir.

Xatırladaq ki, mərkəzi Naxçıvan şəhərində yerləşən Holdinq, 2008-ci ilin dekabr ayında təsis edilmişdir. Hazırda 14 şirkəti özündə birləşdirən “Gəmiqaya Holdinq” Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər