10 C
Baku
Thursday, December 12, 2024

“Gəmiqaya Holdinq”in iki şirkətində ayrılma

“Gəmiqaya Holdinq”in iki şirkəti yenidən təşkil olunur.

Banker.az xəbər verir ki, adını dəyişərək Gəmiqaya Meyvə Məhsulları MMC yenidən təşkilin ayrılma formasında tərkibindən “Rastfarm” MMC ayrıldığından yenidən təşkil olunduğunu elan edir.

Digər məlumatda isə Gəmiqaya Holdinq Şirkətlər İttifaqının Gəmiqaya Nəqliyyat MM -nin tərkibindən yenidən təşkilin ayrılma formasında Gəmiqaya Servis MMC-nin ayrılması ilə əlaqədar Gəmiqaya Nəqliyyat MMC yenidən təşkil olunduğu elan edir.

Xatırladaq ki, mərkəzi Naxçıvan şəhərində yerləşən Holdinq, 2008-ci ilin dekabr ayında təsis edilmişdir. Hazırda 14 şirkəti özündə birləşdirən “Gəmiqaya Holdinq” Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər