10 C
Baku
Thursday, December 12, 2024

Gəmiqayırma üçün idxal olunan mallar daha 5 il gömrük rüsumundan və ƏDV-dən azad edilir

Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti tərəfindən İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı daha 5 il gömrük rüsumlarından azad edilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gömrük tarifi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, “Gömrük tarifi haqqında” qanuna əsasən, sənaye parkında (Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən yaradılmış Qaradağ Sənaye Parkı nəzərdə tutulur) gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti tərəfindən İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı 2016-cı il mayın 1-dən 5 il müddətinə gömrük rüsumlarından azad edilib. Təklif olunan qanun layihəsi həmin müddətin cari ildə bitməsini nəzərə alaraq və bu sahədə fəaliyyətin dəstəklənməsinin davam etdirilməsi məqsədilə rüsumlardan azadolmanın daha beş il müddətinə uzadılmasını nəzərdə tutur.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə, gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün malların idxalı daha 5 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) tutulmasından azad edilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər