“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 2022-ci ildə 6 milyon 132.6 min manat xalis mənfəət əldə edib.
Banker.az xəbər verir ki, bu barədə Zavodun maliyyə hesabatında qeyd edilib.
Gəncə Avtomobil Zavodunun əsas əməliyyat gəlirləri 2022-ci ildə 156 milyon 81.2 min manat təşkil edib. Zavodun hesabatı 2021-ci il üzrə təqdim edilmədiyi üçün müqayisə etmək mümkün deyil.
Zavodun satışlarının maya dəyəri 138 milyon 595.2 min manat olub və beləliklə, 17 milyon 486 min manat həcmində ümumi mənfəət edib.
Bütün gəlir və xərclər fərqinsən sonra isə 6 milyon 132.6 min manat xalis mənfəət edib.
Ötən il bu zavod istehsalı böyütmüşdü. Hazırda müəssisədə əsasən traktor və yük avtomobilləri istehsal edilir. Bu il Zavodun açıqlamasında bildirilir ki, ilin 6 ayı ərzində traktor istehsalı ötən ilin müvafiq dövrünə nisbətdə 60% artıb. 2022-ci ilin ilk 6 ayı ərzində traktorun istehsal rəqəmi 230 idisə, 2023-ci ildə bu rəqəm 364 təşkil edib.
2023-ci ilin 6 ayı ərzində Gəncə avtomobil zavodu İB-də müxtəlif təyinatlı 147 KAMAZ, 50 ədəd konbayn və 18 ədəd KAMAZ şassisi üzərində quraşdırlımış vaxta avtobusu yığılıb.