29 C
Baku
Wednesday, July 16, 2025

“Gəncə Avtomobil Zavodu”nun ötən il mənfəəti 2 dəfə azalıb

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 2024-cü ili 2 milyon 711 min manat xalis mənfəət ilə başa vurub. 2023-cü ildə zavodun mənfəəti 5 milyon 631 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 2 dəfə azalmasıdır.

Banker.az bu barədə zavodun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Gəncə Avtomobil Zavodu”nun əsas əməliyyat gəliri 101 milyon 887 min manat (əvvəlki ilə nisbətən 22% az), sair əməliyyat gəlirləri 821 min manat, satışın maya dəyəri üzrə xərclər 90 milyon 779 min manat, kommersiya xərcləri 2 milyon 963 min manat, inzibati xərcləri 3 milyon 119 min manat, sair əməliyyat xərcləri isə 2 milyon 458 min manat olub.

“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 31 dekabr 2024-cü il tarixində 88 milyon 680 min manat cəmi aktivlərə malik olub. 2023-cü ilin sonunda bu rəqəm 68 milyon 413 min manat idi.

Son xəbərlər
Digər xəbərlər