14 C
Baku
Saturday, September 28, 2024

“Gəncə Cihazqayırma Zavodu” son 7 ildə səhmdarlara 4.5 mln. dividend ödəyib

Azərbaycanda sərfiyyatı ölçən cihazlar (sayğaclar) istehsal edən “Gəncə Cihazqayırma Zavodu” ASC 2023-cü ildə də səhmdarlara dividend ayırıb.

Banker.az xəbər verir ki, “Gəncə Cihazqayırma Zavodu” hesabat müddətində səhmdarlarına 505 min manat dividend ayırıb. 2023-cü ili şirkət 695 min manat xalis mənfəət əldə etmişdi.

Şirkət son illərdə ictimaiyyətə açıqlanan hesabatlarda 2017-ci ildə 1 140 min, 2018-ci ildə 1 565 min manat, 2019-cü ildə 532 min manat, 2020-ci il üzrə 781 min manat, 2022-ci il üzrə 5 min manata yaxın dividend ayırıb. Ümumilikdə yeddi ilin altı ilində ödəniş edib və həcm 4 mln. 528 min manatlıq dividenddir.

2017-ci ildə zavodun xalis mənfəəti 2 758 min, 2018-ci ildə 1 643 min, 2019-cu ildə 1 364 min 690 min, 2021-ci ildə 859 min, 2022-ci ildə 481 min və 2023-cü ildə 695 min manat olub.

Xatırladaq ki, “Gəncə cihazqayırma zavodu” ASC 2009-2011-ci illərdə “PAŞA Holding”in paylı iştirakı ilə Gəncə şəhərində yaradılmışdı.

 

Son xəbərlər
Digər xəbərlər