16 C
Baku
Thursday, March 28, 2024

Gəncə şəhəri üzrə istehlak kreditləri mütəxəssisi – Bank Respublika

Bank Respublika” ASC «Gəncə şəhəri üzrə istehlak kreditləri mütəxəssisi» vəzifəsi üzrə vakansiyalar elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
• Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili arzuolunandır;
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Yüksək ünsiyyət bacarığı;
• Satış və ehtiyacların təyin edilməsi bacarığı;
• Komandada işləmə bacarığı;

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Rəqabətli əmək haqqı və bonus qazanma imkanları;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Gəncə şəhəri üzrə istehlak kreditləri mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər