13 C
Baku
Saturday, November 23, 2024

“Gəncə Şərab -2” mənfəətini bölüşdürəcək

16 aprel 2024-cü il saat 10.00-da “Gəncə Şərab -2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyi aşağıdakı kimidir:

1. Cəmiyyətin 2023-cü il üçün fəaliyyəti haqqında illik hesabatı.
2. Cəmiyyətin mühasibat balansının təsdiqi.
3. Mənfəətin bölüşdürülməsi, dividendlərin ödənilməsi qaydasının müəyyən edilməsi və müddəti.

Səhmdarların növbəti illik ümumi yığıncağının gündəliyinin materialları ilə müəssisənin mühasibatlığında tanış olmaq mümkündür.

Səhmdarların növbəti illik ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 nömrəli ünvanda, “Gəncə Şərab-2” ASC-nin inzibati binasında keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər