8 C
Baku
Thursday, March 5, 2026

“Gəncə Şərab-2” şirkətinin rəhbərliyi yenidən seçiləcək

“Gəncə Şərab-2” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının nəzərinə: Nəzərinizə çatdırırıq ki, 20 aprel 2026-cı il tarixdə saat 10:00-da “Gəncə Şərab -2” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın müzakirəsinə aşağıdakı məsələlər çıxarılacaqdır.

1. Cəmiyyətin 2025-ci il fəaliyyyəti haqqında illik hesabatı;

2. Cəmiyyətin mühasibat balansının təsdiqi;

3. Mənfəətin bölüşdürülməsi, dividendlərin ödənilməsi qaydasının müəyyən edilməsi və müddəti;

4.“Gəncə Şərab-2” ASC-nin təsis paylarında dəyişiklik edilməsi ilə bağlı nizamnamə kapitalının dəyişdirilməsi və “Gəncə Şərab-2” ASC-nin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.

5. “Gəncə Şərab-2” ASC-nin hüquqi ünvanının dəyişdirilməsi.

6. Müşahidə Şurasının tərkibinin yenidən seçillməsi.

7. “Gəncə Şərab-2” ASC-nin təsis paylarında, nizamnamə kapitalında və eləcə də digər dəyişiklilərlə bağlı müvafiq dövlət orqanlarına müraciət edilməsi və bütün prosessual hərəkətləri həyata keçirmək səlahiyyətlərinin verilməsi.

Səhmdarlarının növbəti illik ümumi yığıncağının gündəliyi üzrə materiallarla müəssisənin mühasibatlığında tanış olmaq olar. Səhmdarlarının növbəti illik ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi, 86 (Kənar küçəsi 3) ünvanında, “Gəncə Şərab -2” ASC-nin inzibati binasında keçiriləçəkdir. 

Son xəbərlər
Digər xəbərlər