2025-ci il mayın 25-də saat 13:00-da “Gəncə Təmir Quraşdırma” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Təşkilatı məsələlər (Müşahidə Şurası, İdarə heyəti və Maliyyə Təftiş komissiyasının üzvlərinin və sədrlərinin seçilməsi)
2. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada qəbulu və təsdiq edilməsi.
3. Cəmiyyətin dövlət qeydiyyatı məlumalarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün idarə heyətinin sədrinə səlahiyyətlər verilməsi
4. İstismar müddəti bitmiş, istifadəyə yararsız əmlakın silinməsi aktlarının təsdiqi .
5. Digər məsələlər.
Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Ünvan Gəncə şəhəri, Sədi küçəsi, ev 1-dir.