12 C
Baku
Monday, November 25, 2024

Gəncə və Füzulidə dağıdılmış evlərin, obyektlərin tikintisi üçün ₼2.2 milyon xərclənəcək

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi “AZ Graft Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.2 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri və Füzuli rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2 150 418 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər