11 C
Baku
Monday, November 25, 2024

“Gəncəbank”ın ləğvedicisi dəyişib

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Gəncəbank” ASC-nin kreditorlarına və borclularına müraciət edib.

Fonddan  bildiriblər ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (83)-736/2016 saylı 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan “Gəncəbank” ASC-nin ləğvedicisi “Azerbaijan International Consulting Company” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib. Qeyd edilən tarixdən etibarən ləğvedici qismində bankın adından yalnız Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.

Ləğv prosesində olan “Gəncəbank” ASC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək.

Son xəbərlər
Digər xəbərlər