Gəncə ŞBPİ 2-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində “Chevrolet” markalı bir avtomobildən 15000 manat dəyərində 81 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Gəncə sakini O.Hüseynov saxlanılıb.
Banker.az bu barədə Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nazirlikdən verilən məlumata əsasən, hadisə ilə bağlı 3 nəfərin şəxsiyyəti müəyyən olunub.