16 C
Baku
Thursday, May 2, 2024

Gəncədə İdman Sarayının tikintisinə əlavə 29 milyon manat da xərclənəcək

Gəncə Şəhəri İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə 29 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 28.663.031 manatdır.

Bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Rövşən Oğuz Qrup” MMC 29 aprel 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 AZN olan şirkətin hüquqi ünvanı Əhməd Rəcəbli 1, ev 8, “Adore Plaza”nın 3-cü mərtəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur.
Qeyd edək ki, daha əvvəllərdə Gəncə şəhərində İdman Sarayının tikintisi üçün pul ayrılmışdır.
Son xəbərlər
 ⁠
Digər xəbərlər